Eximbank 1 milyard dollar borc almağı planlaşdırır

Eximbank 1 milyard dollar borc almağı planlaşdırır

BANK
417

Türk Eximbank, Ümumi Müdirliyə xaricdə maksimum 1 milyard dollar və maksimum 10 illik müddətlə istiqraz buraxma səlahiyyətini verib.

Fins.az xəbər verie bəyanat İctimai İşıqlandırma Platformasına verilib.

Türkiyə İxrac Kredit Bankı (Türk Eximbank),  maksimum ümumi məbləği 1 milyard ABŞ dolları və ya hər hansı bir xarici valyutada ekvivalentində xaricdə istiqraz buraxma izni verdiyini bildirib.Açıqlamaya görə, maksimum 10 illik bir və ya daha çox müddətli sabit və ya dəyişkən faizli istiqrazların buraxılması planlaşdırılır.

Açıqlamada, "Lazımi bütün icazələrin alınması üçün Kapital Bazarları Şurası və Bank Tənzimləmə və Nəzarət Şurası da daxil olmaqla aidiyyəti orqanlara müraciət edilməsi planlaşdırılır."-deyə bildirilir.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Eximbank 1 milyard dollar borc almağı planlaşdırır — Fins.az — Fins.az