EXIM Bank Azərbaycan şirkətlərinə dəstəyini artıracaq

EXIM Bank Azərbaycan şirkətlərinə dəstəyini artıracaq

BANK
294

Amerika Birləşmiş Ştatlarının İxrac-İdxal Bankı (EXIM Bank) Azərbaycan bazarında fəaliyyətini genişləndirməyi planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş Vaşinqton konfransında EXIM Bank-ın vitse-prezidenti Benjamin Todd məlumat verib.

B.Todd qeyd edib ki, bank dəmir yolu, hava limanı və logistika infrastrukturu, enerji və mədən sektoru, xüsusən də kritik minerallar sahəsində layihələrin maliyyələşdirilməsinə dəstək verir. Onun sözlərinə görə, hazırda Azərbaycan bazarında bankın təxminən 630 milyon dollarlıq kredit öhdəliyi mövcuddur və bank böyümə üçün böyük potensial görür.

O əlavə edib ki, EXIM Bank həmçinin süni intellekt, kosmik və yüksək texnologiyalı ixrac sahələrində yeni imkanlar araşdırır, enerji və karbohidrogen sektorunda isə liderlik rolunu gücləndirməyi planlaşdırır. Todd vurğulayıb ki, bank bu sahələrdə Amerika şirkətlərinə lazımi dəstəyi təmin etməyə sadiqdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
EXIM Bank Azərbaycan şirkətlərinə dəstəyini artıracaq — Fins.az — Fins.az