Erdem Çakar: Mastercard NFC ödənişlərini əhəmiyyətli şəkildə artıracaq

Erdem Çakar: Mastercard NFC ödənişlərini əhəmiyyətli şəkildə artıracaq

BANK
542

Mastercard NFC ödənişlərini əhəmiyyətli şəkildə artıracaq

Bunu Fins.az-a açıqlamasında  "Mastercard" şirkətinin Azərbaycan üzrə meneceri Erdem Çakar deyib.

O bildirib ki,ödəniş texnologiyalarının inkişafı ilə istehlakçılar artıq eyni təmassız ödənişləri öz mobil telefonları və ya hətta ağıllı saatları ilə edə bilirlər. Bu yaxınlarda Unibank ilə birgə Garmin saatlarında NFC ödənişini təqdim etdik. Unibankdan Mastercardınız varsa, Garmin saatınızla hər şeyi təmassız ödəyə bilərsiniz.

Erdem çakar şirkətin gələcəkdə həyata keçirəcəyi tədbirlərlə bağlı açıqlama verərək" Növbəti addımlar hansılardır? 2021-ci ilin ikinci və üçüncü rübündə Mastercard NFC texnologiyasına sahib daha çox banklar, həmçinin Mastercard NFC ödənişlərini əhəmiyyətli şəkildə artıracaq digər bazar oyunçuları da olacaq."-deyə qeyd edib.

Müəllif:Aynur Qəniyeva

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Erdem Çakar: Mastercard NFC ödənişlərini əhəmiyyətli şəkildə artıracaq — Fins.az — Fins.az