Əməkhaqqı və sosial kartların sayı fevralda artıb

Əməkhaqqı və sosial kartların sayı fevralda artıb

BANK
461

Mərkəzi Bankın aylıq statistik hesabatına əsasən, bu ilin fevralında Azərbaycanda əhalinin istifadəsində olan plastik kartların sayı 9 milyon 579 min ədəd olub.

Fins.az xəbər verir ki, yanvar ayında isə həmin göstərici 9 milyon 413 min ədəd təşkil etmişdi.

Artım daha çox sosial kartların hesabına baş verib: yanvarda sayı 3 milyon 414 min ədəd olan sosial kartlar fevralda 35 min ədəd artaraq 3 milyon 449 minə çatıb.

Əməkhaqqı kartlarında isə 3 min ədəd artım qeydə alınıb və fevralda onların sayı 2 milyon 528 min olub

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Əməkhaqqı və sosial kartların sayı fevralda artıb — Fins.az — Fins.az