
Əməkhaqqı kartlarının sayı 41 min ədəd artıb
Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 41 min ədəd artıb.
"Fins.az" xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb.
Məlumata görə, ödəniş kartlarında artım debet kartları üzrə 18.8%, kredit kartları üzrə 30.7% təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 41 min, kredit kartları 357 min, digər kartlar isə 1.6 mln. ədəd artıb.
Məlumatda bildilir ki, ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərmişdir. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 2.3 dəfə artıb.
Müəllif: Aynur Qəniyeva