Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat

Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat

BANK
940

Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat olub. Akşın Cahangirov Əmanətlərin Sığortalanması Fondunun icraçı direktorunun strateji inkişaf və beynəlxalq əlaqələr üzrə müşaviri vəzifəsinə təyin edilib.

Akşın Cahangirov 1995-2001-ci illərdə indiki Azərbaycan Dövlət İqtisad Universitetinin mühasibat və maliyyə təhlili ixtisasını bakalavar və magistr dərəcələri üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

A.Cahangirov daha əvvəl həm özəl həm də dövlət təşkilatlarında rəhbər vəzifələri tutmuşdur. Beləki, “AZSIĞORTA” ASC, “Bakı Sığorta” ASC, “Ata Sığorta” ASC kimi özəl şirkətlərdə və həmçinin, qiymətli kağızlar bazarının mərkəzi institutu olan “Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi”ndə,  Bütün Maliyyə Bazarlarına Nəzarət edən “Maliyyə Bazarlarına Nəzarət Palatası” PHŞ qeyri-həyat sığortasına nəzarət idarəsində və son təyinata qədər isə “Günay Sığorta” ASC-də rəhbər vəzifələrdə çalışmışdır.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Əmanətlərin Sığortalanması Fondunda yeni təyinat — Fins.az — Fins.az