Elman Rüstəmov:"Müəyyən tənzimləmə çərçivəsi vasitəsi ilə biznes kreditlərini stimullaşdırmaq lazımdır"

Elman Rüstəmov:"Müəyyən tənzimləmə çərçivəsi vasitəsi ilə biznes kreditlərini stimullaşdırmaq lazımdır"

BANK
1,544

"Müəyyən tənzimləmə çərçivəsi vasitəsi ilə biznes kreditlərini stimullaşdırmaq lazımdır"

Fins.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının  sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki "Maliyyə  sektorunda bütövlükdə biznesin maliyyə resurslarına çıxış problematikası olduqca önəmli məsələdir. Yeni iqtisadi artım modelinin ən əsas elementlərindən biri olmalıdır. Bunun üçün cənab prezident həm  Mərkəzi Banka həm də İqtisadiyyat nazirinə konkret tapşırıqlar verdi. Hesab edirik ki, bu tapşırıqların icrası kontekstində biz bu günlərdə İqtisadiyyat naziri ilə görüşəcəyik. Mənim özümün Sahibkarlıq Konfederasiyasının təşkil etdiyi toplantıda görüşüm oldu onların fikirlərini öyrəndim. Bütövlükdə kreditləşməyə çıxışda onların əsas problemi nədir. Bank sektoru ilə birlikdə bu geniş müzakirə olundu.Görünür ki, biz bu məsələni həm də İqtisadiyyat Naziri ilə geniş müzakirə edəcəyik.

Elman Rüstəmov həmçininqeyd edib ki,  "Mərkəzi Bankın əlində olan əsas alətlər ondan ibarətdir ki,biz bütövlükdə makroiqtisadi sabitliyi qorumaqla infliyasiyanı aşağı salmaqla faiz dərəcələrini aşağı salmaqla bu kreditlərin dəyərini aşağı salaq. Burada hüquqi şəxslərə biznesə verilən kreditlərdə faiz dərəclərinin əhəmiyyətli aşağı düşməsi dinamikasını görürük".

Daha sonra "Digər tərəfdən biz düşünürük ki, müəyyən tənzimləmə çərçivəsi vasitəsi ilə biznes kreditlərini stimullaşdırmaq lazımdır."-deyə qeyd edib 

Müəllif:Aynur Qəniyeva 

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Elman Rüstəmov:"Müəyyən tənzimləmə çərçivəsi vasitəsi ilə biznes kreditlərini stimullaşdırmaq lazımdır" — Fins.az — Fins.az