Elman Rüstəmovdan bankların bağlanmasında dövləti günahlandıranlara cavab

Elman Rüstəmovdan bankların bağlanmasında dövləti günahlandıranlara cavab

BANK
917

"Bu gün bəzi ekspertlər danışanda mən təəccüblənirəm, çünki onlar peşəkardır, bank qanunvericiliyini bilirlər, amma deyirlər ki, dövlət bankları xilas etməlidir. Dövlətin belə bir vəzifəsi yoxdur"

Fins.az  xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Real TV-yə açıqlamasında bildirib.

O bankların bağlanmasında dövləti günahlandıranlara cavab olaraq bildirib ki,  dövlət yalnız əmanətçilər qarşısında götürdüyü öhdəliyə əməl edə bilər. Bunun üçün əmanətlərin sığortalanması ilə bağlı mexanizm var və banklar kollektiv şəkildə birləşərək dolayısı ilə əmanətçilərin pulunu qaytarmalıdır.Məlum 4 bankın əmanətçiləri ilə bağlı məsuliyyət bundan sonra bazarda qalmış 26 bankın üzərinə düşür. Problemlə üzləşmiş banklar sistem əhəmiyyətli banklar da deyil ki, dövlət onları xalis etsin.

Mərkəzi Bank sədri eyni zamanda qeyd edib ki, Onların bazar payı ayrı-ayrılıqda 1%-ə çatmır, ümumilikdə 3%-dir, hamısı özəl banklardır. Dövlətin məsuliyyəti yalmız dövlət bankı üçün ola bilər, o da bankda dövlət payı çox olanda. Qanunvericilik və ənənə belədir

Elman Rüstəmov dövlətin bank sektoruna göstərdiyi yardımla bağlı "Ötən il problemli kreditlərlə bağlı Azərbaycanda dünyada nümunəsi olmayan bir addım atıldı. Bu yolla həmin özəl banklara çox böyük yardım göstərildi. Bundan artıq dövlətin edə biləcəyi bir şey yoxdur", - deyə qeyd edib. 

report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Elman Rüstəmovdan bankların bağlanmasında dövləti günahlandıranlara cavab — Fins.az — Fins.az