Elman Rüstəmov: "Bu gün bağlanan bankların sahibləri heç kimi günahlandırmalı deyil"

Elman Rüstəmov: "Bu gün bağlanan bankların sahibləri heç kimi günahlandırmalı deyil"

BANK
1,062

"Bu gün bağlanan bankların sahibləri heç kimi günahlandırmalı deyil, problemi özlərində axtarmalıdır."

Fins.az  xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Real TV-yə açıqlamasında bildirib.

"Dövlət banklara lisenziya verib, onların inkişafı üçün hər cür şərait yaradıb. Təkcə XXI əsrdə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox böyüyüb, bank sektoru da buna uyğun olaraq qazanmalı, böyüməli və kapitallaşmalı idi. Bəzi banklar bu imkandan istifadə ediblər və bu gün ayaq üstə möhkəm durublar, bəziləri isə bunu etməyiblər. Bu gün bağlanan bankların sahibləri heç kimi günahlandırmalı deyil, problemi özlərində axtarmalıdır.

Mərkəzi Bank sədri əmanətlərin qaytarılması prosesinə də toxunaraq qeyd edib ki, " Məlum 4 bankın əmanətçiləri ilə bağlı məsuliyyət bundan sonra bazarda qalmış 26 bankın üzərinə düşür. Problemlə üzləşmiş banklar sistem əhəmiyyətli banklar da deyil ki, dövlət onları xalis etsin. Onların bazar payı ayrı-ayrılıqda 1%-ə çatmır, ümumilikdə 3%-dir, hamısı özəl banklardır. Dövlətin məsuliyyəti yalmız dövlət bankı üçün ola bilər, o da bankda dövlət payı çox olanda. Qanunvericilik və ənənə belədir."

(c)report

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...