
Elman Rüstəmov: "Atabank"ın verdiyi kreditlərin 88 faizi problemli kreditlərdir"
"Atabank"ın verdiyi kreditlərin 88 faizi problemli kreditlərdir"
Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Real TV-yə açıqlamasında bildirib.
Bankların bağlanmasını şərh edən E.Rüstəmov bildirib ki, bu məbləğ bu gün "Atabank"da mənfi 214 milyon manatdır 50 milyon manatı da üstünə gəlsək, deməli bankın normal fəaliyyəti üçün 264 milyon manat vəsait tələb olunur. Artıq ictimaiyyətə də aydındır ki, sözügedən bank maliyyə qabiliyyətini itirib. "Atabank"ın verdiyi kreditlərin 88 faizi problemli kreditlərdir. Sistem üzrə bu göstərici 10-12 faizdir. Bu da olduqca acınacaqlı durumdur. Bank əhalinin əmanətlərini qaytara bilmir. Bu durumda bankın xilas olması üçün heç bir imkan yoxdur".
Müəllif:Aynur Qəniyeva