Elman Rüstəmov "Amrahbank"-ın bağlanması barədə: "Bu bankla çox ciddi söhbətlər oldu"

Elman Rüstəmov "Amrahbank"-ın bağlanması barədə: "Bu bankla çox ciddi söhbətlər oldu"

BANK
1,020

"Bu bank öz hesabatlarında özünü normal bank kimi təqdim edirdi"

Fins.az xəbər verir ki, bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov Real TV-yə açıqlamasında bildirib.

"Amrahbank"ın da problemlərindən danışan  E.Rüstəmov qeyd edib ki, bu bank öz hesabatlarında özünü normal bank kimi təqdim edirdi: ""Amrahbank"ın kapitalı isə mənfi 77 milyon manatdır. Bankın fəaliyyəti üçün isə əlavə 127 milyon manat kapital lazımdır. Bu bankla çox ciddi söhbətlər oldu. Bank sahiblərinin diqqətinə reallıqlar çatdırıldı. Onlara vaxt da verildi. Kapitallaşma planlarını gətirmələrini istədik. Onlar isə planlardan imtina etdilər. Biz də lisenziyanı geri çağırmalı olduq. Bu bankda isə problemli kreditlərin həcmi 40 faizdir. Bankda isə 400 milyon manata qədər əmanət var". 

Müəllif:Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Elman Rüstəmov "Amrahbank"-ın bağlanması barədə: "Bu bankla çox ciddi söhbətlər oldu" — Fins.az — Fins.az