Elektron ticarətin inkişafı rəqəmsal ödəniş həllərinə tələbi artırır

Elektron ticarətin inkişafı rəqəmsal ödəniş həllərinə tələbi artırır

BANK
189

Fins.az - “Unibank” KB ASC sahibkarlıq subyektlərinə onlayn ticarət (e-commerce) həlləri təqdim edərək bizneslərin rəqəmsal ödəniş sistemlərinə sürətli, rahat və təhlükəsiz şəkildə qoşulmasına imkan yaradır.

Bankın məlumatına görə, e-commerce xidməti vasitəsilə şirkətlər öz elektron ticarət saytlarına “Onlayn ödə” düyməsini əlavə edərək müştərilərinə rahat elektron ödəniş imkanı yarada bilirlər. Bu həll bizneslərin satış həcmini artırmağa və müştəri xidmətlərini daha əlçatan etməyə kömək edir.

Bildirilib ki, xidmətin əsas üstünlükləri sırasında maksimum 3 iş günü ərzində qoşulma, sərfəli əməliyyat xərcləri, UCard və keşbek layihələrində iştirak imkanı, bankın digər layihələrinə qoşularaq biznesin genişləndirilməsi, əməliyyatlara onlayn nəzarət və ödənişlərin ləğv edilməsi imkanları yer alır.

Məlumata əsasən, istifadəçilər əməliyyatlar barədə SMS və ya e-mail bildirişləri ala, pulsuz internet bankçılıq xidmətindən yararlana, çatdırılma xidməti üçün mobil POS-terminal əldə edə və 24 saat fəaliyyət göstərən texniki dəstək xidmətindən istifadə edə bilərlər.

Qeyd olunur ki, Unibankın e-commerce xidmətinə qoşulma ödənişsizdir. Xidmət üzrə illik xidmət haqqı 100 AZN təşkil edir.

Bankın təqdim etdiyi bu həll onlayn satış fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün ödənişlərin qəbulunu daha rahat, təhlükəsiz və effektiv şəkildə təşkil etməyə imkan verir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Elektron ticarətin inkişafı rəqəmsal ödəniş həllərinə tələbi artırır — Fins.az — Fins.az