Elektron ticarət bizneslərini genişləndirmək üçün yeni imkanlar yaradılır

Elektron ticarət bizneslərini genişləndirmək üçün yeni imkanlar yaradılır

BANK
202

Fins.az – Unibank elektron ticarətlə məşğul olan sahibkarlar üçün e-commerce xidmətini təqdim edir. Həll bizneslərə sayta “Onlayn ödə” düyməsini əlavə etməyə, müştərilərə təhlükəsiz ödəniş imkanı yaratmağa və satışlarını genişləndirməyə şərait yaradır.

Unibank KB ASC-nin məlumatına görə, bankın e-commerce xidməti onlayn ticarətlə məşğul olan bizneslər üçün rahat, sərfəli və təhlükəsiz ödəniş həlli təklif edir.

Bu xidmət vasitəsilə sahibkarlar elektron ticarət saytlarına “Onlayn ödə” düyməsini inteqrasiya edərək müştərilərinə rahat elektron ödəniş imkanı yarada bilirlər.

Bank bildirir ki, e-commerce xidmətinə qoşulma maksimum 3 iş günü ərzində həyata keçirilir. Xidmət çərçivəsində sahibkarlara sərfəli əməliyyat xərcləri, UCard və keşbek layihələrində iştirak, eləcə də bankın digər layihələrinə qoşularaq bizneslərini genişləndirmək imkanı təqdim olunur.

Bundan əlavə, istifadəçilər əməliyyatlara onlayn rejimdə nəzarət edə, ödənişləri ləğv edə, əməliyyatlar barədə SMS və ya elektron poçt vasitəsilə bildirişlər ala bilərlər.

Unibankın e-commerce həllinə həmçinin pulsuz internet bankçılıq xidməti, çatdırılma xidməti üçün mobil POS-terminal təminatı və 24 saat texniki dəstək xidməti də daxildir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Elektron ticarət bizneslərini genişləndirmək üçün yeni imkanlar yaradılır — Fins.az — Fins.az