Elektron pul əməliyyatlarının həcmi 19,7 milyard manat təşkil edib - AMB

Elektron pul əməliyyatlarının həcmi 19,7 milyard manat təşkil edib - AMB

BANK
277

2025-ci il ərzində bank olmayan ödəniş xidməti təchizatçıları tərəfindən göstərilən xidmətlər üzrə əməliyyatların həcmi 62,8 milyard manat təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatına əsasən xəbər verir ki, elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatları 19,7 milyard manat olub, digər ödəniş xidmətləri üzrə əməliyyatların həcmi isə 43,1 milyard manat təşkil edib.

Hesabat dövrü ərzində ödəniş xidməti təchizatçılarına Mərkəzi Bank tərəfindən lisenziyalar verilib: 3 elektron pul təşkilatı, 2 ödəniş təşkilatı və 1 operator. 2025-ci ilin sonunda ödəniş bazarında fəaliyyət göstərən təşkilatların sayı 17 elektron pul təşkilatı, 9 ödəniş təşkilatı və 2 operator olub.

AMB bildirir ki, bu göstəricilər Azərbaycanda bank olmayan ödəniş xidmətlərinin sürətlə inkişaf etdiyini və rəqəmsal ödəniş bazarının genişləndiyini göstərir.

Fuad Mədətov
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Elektron pul əməliyyatlarının həcmi 19,7 milyard manat təşkil edib - AMB — Fins.az — Fins.az