EBay Azərbaycan istifadəçiləri üçün satışdan pulun alınmasını asanlaşdırıb

EBay Azərbaycan istifadəçiləri üçün satışdan pulun alınmasını asanlaşdırıb

BANK
620

"eBay" Azərbaycan istifadəçiləri üçün satışdan pulun alınmasını asanlaşdırıb

" "eBay"ın yaydığı məlumata görə ticarət platforması Azərbaycanda satıcıların ehtiyaclarını ödəmək məqsədilə "Payoneer" beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq edəcək. Bu əməkdaşlıq satıcılara "eBay" üzərindən bütün əməliyyatları çevik və rahatlıqla idarə etməyə imkan yaradacaq.

 Ödənişlər satıcıların "PayPal" deyil, "Payoneer" hesabına yatırılacaq. Bütün satışlar üçün ödənişlər ABŞ dolları ilə aparılacaq.
 
 "2021-ci ilin may ayından etibarən Azərbaycandakı satıcıları bu ödənişləri idarə etmək üçün "eBay"da qeydiyyatdan keçmələri barədə xəbərdar edəcəyik", - deyə məlumatda bildirilir.

(c)APA

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
EBay Azərbaycan istifadəçiləri üçün satışdan pulun alınmasını asanlaşdırıb — Fins.az — Fins.az