Dünyada mərkəzi bankların dollar ehtiyatı 25 illik minimuma enib

Dünyada mərkəzi bankların dollar ehtiyatı 25 illik minimuma enib

BANK
437

2020-ci ilin yekunlarına əsasən, dünyanın 149 ölkəsinin mərkəzi banklarının 12 trilyon 701 milyard ABŞ dolları ekvivalentində valyuta ehtiyatları yığılıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) araşdırmasına görə, bu göstərici 2020-ci il ərzində 7,4% artıb. 

Mərkəzi bankların valyuta ehtiyatlarının 59,02%-i dollarda, 21,24%-i avroda, 6,03%-i Yaponiya yenində, 4,69%-i funt sterlinqdə, 6,32%-i isə digər valyutalarda olub.

Qeyd edilir ki, mərkəzi banklar tərəfindən dollarda saxlanılan valyuta ehtiyatlarının xüsusi çəkisi 25 illik minimuma enib.

(c)APA

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünyada mərkəzi bankların dollar ehtiyatı 25 illik minimuma enib — Fins.az — Fins.az