
Dünya Bankının səhmdarı olduğu "fintech" yeni investisiya cəlb edib
Şirkətlərin dövriyyə kapitalını genişləndirmək və tədarük maliyyələşdirməsində vasitəçilik etmək üçün qurulan Türkiyənin fintech şirkəti "Figopara", Dünya Bankı və Revo Kapital da daxil olmaqla investorlardan 1 milyon dollar investisiya alıb.
Şirkət, KOM-ların maliyyələşdirilməsində vasitəçilik etmək üçün yeni texnologiyaların inkişafı üçün investorlarından əldə etdiyi vəsaitdən istifadə edəcəkdir. Şirkətlərin dövriyyə kapitalını genişləndirmək və tədarük maliyyələşdirməsində vasitəçilik etmək üçün qurulan fintech təşəbbüsü, alıcı və satıcı arasındakı ticarətin maliyyələşdirilməsini asan və əlçatan etməklə tədarük zəncirinin dövriyyəsini sürətləndirir.
Portfelində 1000-dən çox qeydiyyatdan keçmiş müştərisi olan Figopara bu günə qədər 650 milyon TL-lik 60.000-dən çox əməliyyatda vasitəçilik edib. Dünyanın . Akbank, Fibabanka, ING Türkiyə və Yapı Kredi Bankı ilə çalışan Figopara, ilk tur yatırımını isə Türkiyənin qabaqda gələn sərmayəsi firmalarından Revo Capital, təsirli təşəbbüskarları dəstəkləmə dərnəyi Endeavor Catalyst və Dünya Bankı və IFC-ni almışdı.