Dünya Bankı Ukraynaya 1,5 milyarda yaxın vəsait ayıracaq

Dünya Bankı Ukraynaya 1,5 milyarda yaxın vəsait ayıracaq

BANK
308

Dünya Bankı Ukrayna üçün 1,49 milyard dollar əlavə maliyyələşdirməni təsdiqləyib.

“Fins.az” xəbər verir ki, bu barədə məlumatı “CNN” yayıb.

Məlumata görə, bu vəsait Ukraynaya 4 milyarddan çox dəstək paketinin bir hissəsidir və ölkəyə hökumət və sosial işçilərin əmək haqqlarının ödənilməsinə kömək edəcək.

Bildirilir ki, vəd edilən ümumi vəsaitin təxminən 2 milyard dolları artıq Ukraynaya ödənilib və bu, Dünya Bankının Ukraynadakı su təchizatı, kanalizasiya, istilik, enerji, enerji səmərəliliyi, yollar, sosial müdafiə, təhsil və səhiyyə daxil olmaqla layihələrinə dəstək verəcək.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünya Bankı Ukraynaya 1,5 milyarda yaxın vəsait ayıracaq — Fins.az — Fins.az