Dünya Bankı ədliyyə sistemi üçün Azərbaycana $50 milyon ayıracaq

Dünya Bankı ədliyyə sistemi üçün Azərbaycana $50 milyon ayıracaq

BANK
906

Dünya Bankı (DB) ədliyyə sistemində islahatların davam etdirilməsi üçün Azərbaycana $50 milyon məbləğində kredit ayırmağı planlaşdırır, bununla bağlı rəsmi danışıqlar fevralın sonunda aparıla bilər.

“DB ədliyyə sistemində islahatların davam etdirilməsi üçün Azərbaycana əlavə $50 milyon məbləğində kredit ayırmağı planlaşdırır. Bununla bağlı rəsmi danışıqlar fevralın sonunadək baş tuta bilər”, - deyə bankın Bakıdakı nümayəndəliyindən  məlumat verilib.

Vəsaitin elektron məhkəmə sisteminin inkişafına, müvafiq IT-avadanlıqlarının alınmasına yönəldilməsi planlaşdırılır.

DB 2014-cü ilin iyul ayında “Ədliyyə sahəsində xidmətlər və yüksək texnoloji məhkəmə infrastrukturu” layihəsinin həyata keçirilməsi üçün Azərbaycana $100 milyon məbləğində kreditin ayrılmasını təsdiq edib. 30 iyun 2020-ci il tarixində başa çatacaq layihə çərçivəsində ədliyyə işçiləri üçün treninqlərin keçirilməsi, məhkəmələrin inzibati binalarının tikintisi, ədliyyə sahəsində xidmət sisteminin təkmilləşdirilməsi nəzərdə tutulub.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünya Bankı ədliyyə sistemi üçün Azərbaycana $50 milyon ayıracaq — Fins.az — Fins.az