Dünya Bankı 160 milyard dollarlıq dəstək proqramı hazırlayıb

Dünya Bankı 160 milyard dollarlıq dəstək proqramı hazırlayıb

BANK
513

Dünya Bankı İdarə Heyəti hal-hazırda bütün dünyada tüğyan edən koronavirus pandemiyasına qarşı cavab tədbirlərini sürətləndirmək və gücləndirmək məqsədilə növbəti 15 ay ərzində ümumilikdə 160 milyard dollarlıq dəstək proqramı həyata keçirəcəklərini bildirib.

İlkin mərhələdə 25 ölkədə ümumi məbləği 1.9 milyard dollar olan layihələr həyata keçiriləcək. Bu layihələr səhiyyə sisteminin dayanıqlılığının artırılması, səhiyyə institutlarının tutumluluğunun artırılması, səhiyyə əməkdaşlarının təlimatlandırılması, laborator diaqnostikanın sürətləndirilməsi, pandemiyanın iqtisadi təsirlərinin yüngülləşdirilməsi, kiçik və orta sahibkarların bizneslərinin qorunması və bir sıra digər məqsədlərə nail olmaq üçün həyata keçiriləcəkdir. İlkin mərhələdə layihələrin keçiriləcəyi ölkələr aşağıdakılardır:

Ölkə Vəsait (milyon dollar)
Əfqanıstan 100.4
Argentina 35
Kapo Verde 5
Kamboca 20
Konqo DR 47.2
Cibuti 5
Ekvador 20
Efiopiya 82.6
Qana 35
Haiti 20
Hindistan 1,000
Keniya 50
Qırğızıstan 12.5
Maldiv Adaları 7.3
Mavritaniya 5.2
Monqolustan 26.9
Pakistan 200
Paraqvay 20
San Tome və Prinsipi 2.5
Seneqal 20
Sierra Lyone 7.5
Şri Lanka 128.6
Tacikistan 11.3
Qambiya 10
Yəmən 26.9

İkinci mərhələ layihələrinin isə 40-dan çox ölkəni əhatə etməsi planlaşdırılır.

Bununla yanaşı, Beynəlxalq Maliyyə Korporasiyası (IFC) da pandemiyanın özəl sektora təsirini azaltmaq və iş yerlərini qorumaq üçün 8 milyard dollarlıq maliyyə vəsaiti ayırıb.

(c)BBN

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dünya Bankı 160 milyard dollarlıq dəstək proqramı hazırlayıb — Fins.az — Fins.az