Dövlət xətti ilə ipoteka kreditləşməsi azalıb, yenidən maliyyələşdirmə isə artıb

Dövlət xətti ilə ipoteka kreditləşməsi azalıb, yenidən maliyyələşdirmə isə artıb

BANK
193

2026-cı ilin ilk iki ayında İpoteka və Kredit Zəmanət Fondu (İKZF) tərəfindən verilən kreditlərin həcmi 22,3 milyon manat olub. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,2 milyon manat və ya təxminən 2 dəfə azalma deməkdir.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, hesabat dövründə fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği artım nümayiş etdirib. Belə ki, bu göstərici 54,5 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 6,7 milyon manat və ya 14% çoxdur.

Eyni zamanda, fondun istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin həcmi də azalıb. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azalaraq 100 milyon manat olub.

Dövlət büdcəsindən fonda ayrılan vəsait isə dəyişməz qalıb və 21,3 milyon manat səviyyəsində müəyyən edilib.

Ümumilikdə, statistik göstəricilər ipoteka kreditləşməsi sahəsində azalma müşahidə olunsa da, fondun yenidən maliyyələşdirmə fəaliyyətində artımın davam etdiyini göstərir ki, bu da bazarda struktur dəyişikliklərinin getdiyinə işarə edir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Dövlət xətti ilə ipoteka kreditləşməsi azalıb, yenidən maliyyələşdirmə isə artıb — Fins.az — Fins.az