
Dolların devalivasiyası
Federal Ehtiyyatlar Sisteminin (FED)-ın balansı 7 trillion dollara çatır. Proseslər dollara çapının davam etdirilməsinə ehtiyac olduğunu göstərir. İqtisadi qanunauyğunluq və təcrübə dollar çapının davam etdiriləcəyi təqdirdə dolların digər valyutalara qarşı zəifləyəcəyini deməyə əsas verir. Bu isə əmtəələrində qiymətinə təsir edəcək.Əsasən də qızılın bu fonda bahalaşması gözləniləndir.
Dünyada borc həddi 250 trillion dollara çatır və bu göstərici dünya ÜDM-sinin 300% qədərini təşkil edir. Bu borcun yarsından çoxu təxminən 150 trilyonu dollarla ifadə olunur. Bildiyimiz kimi borcu qaytarmaq ilə yanaşı ona xidmət göstərməkdə vacibdir və bunun üçün isə yenə dollar lazımdır. Federal Ehtiyatlar Sisteminin son dövrlərdə çap etdiyi dolların həcmi mövcud borcla müqaisədə təbii ki azlıq təşkil edir. Ona görə dollara ehtiyac qalmaqdadır və dolların devalivasiyası gözlənilən deyil. Qısa müddətə ucuzlaşa bilər və bu normal haldır.
Müəllif:Vüsal Məmmədov