
Dollar yenidən BAHALAŞACAQ
Beynəlxalq valyuta birjalarında bu gün İngiltərə, Avrozona və ABŞ-dan önəmli fundamental məlumatların açıqlanması gözlənilir.
Fins.az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:30-da İngiltərənin əmək bazarı, saat 14:00-da Avrozonada iqtisadi gözləntiləri ölçən indeks və saat 17:15-də ABŞ-da sənaye istehsalı göstəriciləri açıqlanacaqdır.
Təhlillər isə qlobal siyasi və iqtisadi risklərin artdığı bir şəraitdə foreks bazarlarında dollara olan tələbin artacağını proqnozlaşdırmağa əsas verir.