
Dollar son iki ilin minimumuna doğru
Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri son günlər Breksit risklərinin artması və Amerikanın tikinti və əmək bazarında dair fundamental göstəricilərin müsbət açıqlanmasının təsiri altında 0.7% bahalaşmışdır. Lakin Breksitə dair yenidən müsbət açıqlamaların gəlməsi və Avrozonanın sənaye sektoru ilə bağlı göstəricilərin sürpriz şəkildə yaxşı yayımlanması, dollar indeksinin yenidən düşməsinə səbəb olur.
Bununla yanaşı, FED-in Nyu York mərkəzinin inkişaf proqnozlarını aşağı çəkdiyi və hökümətin müxalifət ilə razılaşıb yeni dəstək qanununu qəbul də bilmədiyi bir vaxtda, Avropa Komissiyasının Korona böhranının ikinci dalğası zamanı iqtisadiyata dəstək verməyə üçün əlavə proqramlar qəbul etməyə hazır olmasını bildirməsi də investorların yaddaşlarındadır.
Beləliklə, treyderlərin dollar ilə müqayisədə son zamanlar avro, funt və yenə üstünlük vermələri fonunda dollar indeksi eniş dalğasını yenidən bərpa edəcəyi və son iki ilin minimumuma kimi ucuzlaşacağı proqnozlaşdırılır.
(c)investaz