
Dollar indeksi yüksəlib
ABŞ-dan ilk seçki nəticələrinə görə, Bayden öndədir. Bloomberg dollar indeksi 1% artıb. Dollar indeksi 0,7% artaraq 94-ü ötüb. Dollar indeksi artır, ABŞ indeksinin fyuçersləri azalıb. Belə ki, S&P 500 dekabr fyuçersləri 0,4% azalıb. Bloomberg-ə müsahibə verən Pacific Life Fund Advisors meneceri Max Gokhman, bazar iştirakçılarının maliyyə stimul paketi ilə bağlı gözləntilərinin olduğunu, ancaq nəticələrin bazarlarda bu ümidləri azaltdığını bildirib. Seçkilərdən əvvəl bazarlar ABŞ-ın təşviq paketini qəbul etməsini gözləyirdi, lakin Ağ Ev və Demokratlar arasındakı müzakirələr başa çatmadı.