
Devalvasiyaya getmiş ölkədə inflyasiya rekord səviyyəyə yüksəlib
Sudan Statistika Komitəsi martda ölkədə inflyasiyanın fevral ayı ilə müqayisədə daha da yüksəldiyini açıqlayıb.
Marja xəbər verir ki, 2021-ci ilin Fevral ayında 330,78% olan illik inflyasiya keçən ay 341,78%-ə yüksəlib.
İdxal məhsullardakı qiymət artımları inflyasiyanın yüksəlməsinə səbəb olur.
Sudan iqtisadiyyatı son dövrdə yüksək inflyasiya və devalvasiya səbəbilə çətin bir dövrdən keçir.
Hökumət, 2021-ci il büdcəsində il sonu inflyasiya hədəfini 95% olaraq açıqlamışdır. Sudan, 21 Fevralda Beynəlxalq Valyuta Fondundan (IMF) borcunu təxirə salmağa müraciət etmək üçün "qara bazar"dakı məzənnənin dəyərilə rəsmi məzənnəni bərabərləşdirərək devalvasiyaya getmişdir.