Depozit hərracında faiz düşsə də, tələb təklifi üstələyib

Depozit hərracında faiz düşsə də, tələb təklifi üstələyib

BANK
800

03.02.2020-ci il tarixində Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 598,7 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,51% təşkil edib. 

Fins.az xəbər verir ki, Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb edib. Beləliklə, hərracda tələb təklifi 6 dəfəyə yaxın üstələyib. 

Qeyd edək ki, Bu gün Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı yeni şərtlər ilə keçirilib. Yanvarın 31-də Mərkəzi Bank uçot faiz dərəcəsini, faiz dəhilizinin yuxarı və aşağı səviyyələrini azaltdığından depozit hərracının da faiz aralığı düşüb (5,51% - 7,24%).

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Depozit hərracında faiz düşsə də, tələb təklifi üstələyib — Fins.az — Fins.az