Çoxvalyutalı hesablar rəqəmsal bankçılığın əsas alətlərindən birinə çevrilir

Çoxvalyutalı hesablar rəqəmsal bankçılığın əsas alətlərindən birinə çevrilir

BANK
130

“Yelo Bank” ASC fiziki şəxslərə cari hesabın tam rəqəmsal formada və filiala müraciət etmədən açılması imkanını təqdim edir.

Bankın məlumatına görə, müştərilər mobil tətbiq vasitəsilə bir neçə saniyə ərzində cari hesab aça, valyutanı seçərək hesabdan dərhal istifadə etməyə başlaya bilərlər. Xidmət 24/7 rejimində əlçatandır və hesabın açılması prosesi tam məsafədən həyata keçirilir.

Bildirilib ki, onlayn cari hesabın əsas üstünlükləri sırasında eyni anda bir neçə valyutada — AZN, USD və EUR üzrə hesab açmaq imkanı, sürətli və rahat rəqəmsal proses, eləcə də xidmətin ödənişsiz olması yer alır.

Məlumata əsasən, mobil tətbiq üzərindən açılan cari hesab müştərilərə bank xidmətlərindən daha çevik istifadə etməyə, yeni maliyyə imkanlarından yararlanmağa və bankın digər məhsullarına çıxış əldə etməyə şərait yaradır.

Qeyd olunur ki, müştərilər mobil tətbiqi yükləyərək cari hesablarını dərhal aça və bankın təqdim etdiyi xidmətlərdən istifadə etməyə başlaya bilərlər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çoxvalyutalı hesablar rəqəmsal bankçılığın əsas alətlərindən birinə çevrilir — Fins.az — Fins.az