
Coinbase birjası bazar kapitalizasiyasına görə iri bankları keçib
Coinbase kriptovalyuta birjasının cari ilin yanvar ayında bazar kapitalizasiyası 70 milyard dollara çatdı. Bu göstəriciyə əsasən Coinbase dünyanın ən iri və tanınmış banklarını – Barclays (İngiltərə), Santander (İspaniya), Credit Suisse və UBS (İsveçrə), Deutsche Bank (Almaniya) geridə qoydu. Coinbase 2012-ci ildə ABŞ-da yaradılıb və hazırda 43 milyon istifadəçisi var.

Müəllif: Elnur Quliyev