Çexiyadan Azərbaycana köçürmələr 2,4 dəfə artıb

Çexiyadan Azərbaycana köçürmələr 2,4 dəfə artıb

BANK
414

2025-ci ildə Azərbaycandan Çexiyaya fiziki şəxslərin pul köçürmələrinin həcmi 6,465 milyon ABŞ dolları təşkil edib.

Fins.az Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən xəbər verir ki, bu, 2024-cü ilə nisbətən 2,022 milyon dollar və ya 45,5% çoxdur. Hesabat dövründə Azərbaycandan xaricə ümumi pul köçürmələrində Çexiyanın payı 1,3% olub.

Eyni zamanda, 2025-ci ildə Çexiyadan Azərbaycana fiziki şəxslərin pul köçürmələri 5,591 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 3,3 milyon dollar və ya 2,4 dəfə artım deməkdir. Xaricdən Azərbaycana ümumi pul köçürmələrində Çexiyanın payı isə 0,5% təşkil edib.

2024-cü ildə Azərbaycandan Çexiyaya köçürmələr 4,443 milyon dollar, əks istiqamətdə isə 2,327 milyon dollar olub.

Ümumilikdə, 2025-ci ildə Azərbaycandan xarici ölkələrə fiziki şəxslərin köçürdüyü pulun həcmi 505,139 milyon dollar təşkil edib ki, bu da 2024-cü ilə nisbətən 21,6 milyon dollar və ya 4,1% azalma deməkdir. Həmin dövrdə xarici ölkələrdən Azərbaycana fiziki şəxslərin pul köçürmələri 1,177 milyard dollar olub ki, bu göstərici 2024-cü ilə nisbətən 94,1 milyon dollar və ya 8,7% artıb.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Çexiyadan Azərbaycana köçürmələr 2,4 dəfə artıb — Fins.az — Fins.az