Cəlal Orucov: PAŞA Bank, Azərbaycanda QR ödənişlərinin əhatə dairəsini genişləndirməsinə dəstək verir

Cəlal Orucov: PAŞA Bank, Azərbaycanda QR ödənişlərinin əhatə dairəsini genişləndirməsinə dəstək verir

BANK
992

Bakı 14 dekabr   Fins.az

PAŞA Bank, Azərbaycanda QR ödənişlərinin əhatə dairəsini genişləndirmək üçün layihənin həyata keçirilməsinə məmnuniyyətlə dəstək verir

Fins.az xəbər verir ki,bunu PAŞA Bankın İdarə Heyətinin üzvü və Baş əməliyyat inzibatçısı Cəlal Orucov deyib

Məlumata görə O,“Yerli bazarda müasir texnoloji həlləri tətbiq edən ölkənin aparıcı maliyyə qurumlarından biri olan PAŞA Bank, Azərbaycanda QR ödənişlərinin əhatə dairəsini genişləndirmək üçün layihənin həyata keçirilməsinə məmnuniyyətlə dəstək verir. Bu texnologiyadan istifadə edərək yanacaqdoldurma məntəqələrində təqdim olunan ödəmə aləti yeni iş imkanları açmaqla yanaşı, nağdsız ödənişləri qəbul etmək üçün avadanlıq əldə etmə və avadanlıq xərclərini də optimallaşdırmağa imkan verir, həm də adi prosesi son istifadəçi üçün daha da asanlaşdırır və daha rahat edir. Əminəm ki, QR kod ilə ödəmə texnologiyasının tətbiqi miqyasının genişləndirilməsi bundan sonra da Azərbaycanda nağdsız ödənişlərin inkişafı üzrə dövlət proqramının həyata keçirilməsinə mühüm töhfə verəcəkdir” deyə bildirib 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Cəlal Orucov: PAŞA Bank, Azərbaycanda QR ödənişlərinin əhatə dairəsini genişləndirməsinə dəstək verir — Fins.az — Fins.az