
Bu ölkədə devalvasiya oldu - Dollar 44 faiz bahalaşdı
Suriya Mərkəzi Bankı ABŞ-ın sanksiyalarının qüvvəyə minməsindən əvvəl milli valyuta - Suriya lirəsinin dəyərini 44% azaldıb.
Fins.az xəbər verir ki, devalvasiyanın qüvvəyə minməsi ilə dollar Suriya lirəsi qarşısında kəskin bahalaşıb.
Bildirilir ki, ölkədə qara bazarda bahalaşma daha da artıb.
Məlumata görə, qara bazarda ABŞ dollarının məzənnəsi 2 825 Suriya lirəsinə qədər yüksəlib.