Bu il böyük banklar tərəfindən planlaşdırılan ixtisar 70 minə yaxınlaşıb

Bu il böyük banklar tərəfindən planlaşdırılan ixtisar 70 minə yaxınlaşıb

BANK
487

İşçi qüvvəsini azaltmaq üçün banklar siyahısına Goldman Sachsın da qatılması ilə bu il ümumi rəqəm 70 minə çatıb.
Fins.az xəbər verir ki, Wall Street-in nəhənglərindən biri olan Goldman, işçi qüvvəsinin  1%-ini işdən çıxarmaq planı üzərində işləyir. Mövzu ilə bağlı məlumatlı mənbələrə görə, işdən çıxarılacaq işçilərin sayı 400-ə çatacaq.

Bloomberg-in tərtib etdiyi rəqəmlərə görə, bu həftə digər bankların açıqladığı ixtisarları nəzərə alaraq, bu il üçün ümumi rəqəm 67.844-dür.

Avropa, Şimali Amerika, Asiya və Afrikadan 30-dan çox bank işçi qüvvəsini azaltmağı planlaşdırır. Faktiki cəm bu rəqəmdən çoxdur, çünki bir çox bank planlarını açıqlamadan işə işçi götürüb.

Müəllif:Aynur Qəniyeva

2014-cü ildən bəri elan edilən işdən azadlıqlar hazırda yarım milyona çatıb. Müqayisə üçün bir rəqəm vermək üçün ABŞ-ın ən böyük bankı olan JPMorgan Chase & Co-nun işçi sayı 256 min 710 nəfərdir.

Qlobal miqyasda ixtisarların əksəriyyəti 2008-ci il maliyyə böhranından ABŞ bankları qədər sürətlə özlərinə gələ bilməyən Avropa banklarından ibarətdir.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu il böyük banklar tərəfindən planlaşdırılan ixtisar 70 minə yaxınlaşıb — Fins.az — Fins.az