Bu gün Türkiyə faiz qərarını açıqlayacaq

Bu gün Türkiyə faiz qərarını açıqlayacaq

BANK
713

Bu gün Türkiyə Mərkəzi Bankı Bakı vaxtı ilə saat 15:00-da faiz qərarını açıqlayacaq.

Fins.az xəbər verir ki,  Türkiyə Mərkəzi Bankının faiz qərarı məzənnə baxımından əhəmiyyətli ola bilər. 

Bazarlar Bankın faizi 0,25 bənd endirərək 11,25%-dən 11%-ə salacağını gözləyir. Faizdə 0,50 bənd endirim ediləcəyi proqnozu da verilib.Mərkəzi Bankın faizi sabit saxlayacağını hesab edənlər də çoxdur. İnflyasiyanın 12.15%-ə yüksəlməsi Mərkəzi Bankın faiz endiriminə davam etməsini çətinləşdirir. 

Bu həftə beynəlxalq kredit reytinqi təşkilatı "Fitch" Türkiyə qiymətləndirməsini açıqlayacaq. Fitch,  1 Noyabrda ölkənin "mənfi" olan proqnozunu "sabit"ə yüksəldmiş, kredit reytinqini BB- olaraq təsdiq etmişdi.

"Ata Yatırım" şirkətinin Direktoru Cem Tözge, "Mərkəzi Bankından kiçik bir faiz endirimi ola bilər ya da heç dəyişiklik olmaya bilər. Son baxdığımız kredit rəqəmləri, inflyasiyadakı son rəqəm səbəbi ilə bəlkə bu yığıncağı pas keçə bilər" ifadəsini istifadə edib. Tözge, məzənnənin, geosiyasi risklər və Mərkəzi Bank qeyri-müəyyənliyi ilə 6 üzərindəki hərəkətini davam etdirə biləcəyini söyləyib. 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bu gün Türkiyə faiz qərarını açıqlayacaq — Fins.az — Fins.az