Braziliya faiz dərəcələrini 50 baza bəndi azaldıb

Braziliya faiz dərəcələrini 50 baza bəndi azaldıb

BANK
354

Braziliya Mərkəzi Bankı (BCB) çərşənbə günü ardıcıl dördüncü dəfə əsas faiz dərəcəsini 50 baza bəndi azaldıb və yanvar ayında keçiriləcək növbəti iclasdan sonra da faiz dərəcələrini eyni templə endirməyə davam edəcəyinə işarə edib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, BCB-nin Pul Siyasəti Komitəsi etalon kredit dərəcəsini (Selic) 12,25 faizdən 11,75 faizə endirib. Beləliklə, Selic məzənnəsi 2022-ci ilin martından bəri ən aşağı səviyyəyə düşüb.

BCB-nin sorğusuna görə, iqtisadçılar Selic-in 2024-cü ili 9,25 faizlə başa vuracağını gözləyirlər.

İnflyasiyanın soyuduğunu və qlobal iqtisadiyyatın yaxşılaşdığını etiraf etsə də, mərkəzi bank növbəti addımları üçün stabil proqnozu qoruyub.

Günel Məlikzadə
Fins.az

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Braziliya faiz dərəcələrini 50 baza bəndi azaldıb — Fins.az — Fins.az