
Bizneslər üçün hesablaşma xidmətləri genişlənir
Bankdan verilən məlumata görə, bu xidmətlər müştərilərə rahat hesablaşma əməliyyatlarının aparılmasını və bu sahədə tam məsləhət dəstəyinin göstərilməsini nəzərdə tutur. Hesablaşma-kassa xidmətləri müxtəlif növ nağd və nağdsız əməliyyatları əhatə edir.
Eyni zamanda, xidmət çərçivəsində cari hesabların açılması da həyata keçirilir. PAŞA Bank müştərilərə manat və digər valyutalarda cari hesabların açılmasını və hesablar üzrə tam kompleks xidmətlərin göstərilməsini təklif edir.