Birləşmiş Ərəb Əmirlikləri özünün milli rəqəmsal valyutasını yaradacaq

Birləşmiş Ərəb Əmirlikləri özünün milli rəqəmsal valyutasını yaradacaq

BANK
382

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Mərkəzi Bankı bəyan edib ki, ölkənin milli rəqəmsal valyutasının yaradılması istiqamətində iş gedir.

Bu məsələ qurumun 2023-2026-cı illəri əhatə edən inkişaf strategiyasına daxil edilib.

Xatırladaq ki, bir qədər əvvəl Mərkəzi Bank Səudiyyə Ərəbistan hökumətinin aidiyyəti qurumu ilə birlikdə blokçeyn texnologiyasından istifadə etməklə milli rəqəmsal valyutanın prototipinin yaradılması istiqamətində əməkdaşlıq edib. Birgə layihəyə “Aber” adı verilib.

Hazırda dünyada milli rəqəmsal valyutanın dövriyyəyə buraxılmasına ən yaxın ölkə Çindir. Bu ölkədə rəqəmsal valyutanın hansı tarixdə istifadəyə veriləcəyi dəqiq bilinməsə də, 2022-ci ildə Pekində keçiriləcək qış olimpiya oyunlarında yeni valyutadan istifadə edilməsinə hazırlıq gedir. Bu barədə ötən ilin oktyabr ayında Çin Xalq Bankının pul-kredit siyasəti departamentinin başçısı Sun Qofen bildirib.

© Report

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Birləşmiş Ərəb Əmirlikləri özünün milli rəqəmsal valyutasını yaradacaq — Fins.az — Fins.az