
Birbank mobil tətbiqinə SİMA inteqrasiyası edilir - Ağarza Baxşiyev
Birbank mobil tətbiqinə SİMA inteqrasiyası edilir.
Fins.az xəbər verir ki, bunu "Kapital Bank"ın rəsmi nümayəndəsi Ağarza Baxşiyev mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bankın qeydiyyat zamanı biometrik identifikasiya — yəni üztanıma texnologiyası SİMA imza ilə inteqrasiya edilir.
“Artıq bu həll məhdud istifadəçi qrupu üçün aktivdir. Yaxın zamanda bu funksionallıq daha geniş istifadəçi bazasına təqdim olunacaq. Bununla da müştərilərimiz ilk qeydiyyat zamanı şəxsiyyətlərini SİMA vasitəsilə təsdiqləyərək rəqəmsal imza yarada biləcəklər”, – deyə o bildirib.
A.Baxşiyev qeyd edib ki, növbəti mərhələdə SİMA imzanın istifadəsi genişləndiriləcək və xüsusilə kredit müraciətləri kimi vacib məhsul və xidmətlərdə tətbiq olunacaq.