Vəsaitlərin ayrılması təşəbbüsü nəzərdən keçirilməsi və təsdiqlənməsi üçün BVF-nin İdarə Heyətinə təqdim ediləcək. Plan təsdiqlənsə, avqust ayının sonunda qüvvəyə minəcək.
"Bu, bütün dünya üçün bir təşviq rolunu oynayacaq. SDR-lərin paylanması bütün üzv dövlətlərimizin likvidliyini və ehtiyatlarını artıracaq, inamı gücləndirəcək və dünya iqtisadiyyatının dayanıqlığını və sabitliyini gücləndirməyə kömək edəcək", - K. Georgiyeva bildirib.
Onun sözlərinə görə, 2009-cu ildə ehtiyatların genişləndirilməsi qlobal maliyyə böhranından qurtulmağa əhəmiyyətli bir töhfə verdi: "Əminəm ki, yeni paylamanın indi də eyni faydalı təsiri olacaq, BVF-nin hər bir üzvünə, xüsusən həssas ölkələrə kömək edəcək və COVID-19-un səbəb olduğu böhrana cavab tədbirlərini gücləndirəcək".
K. Georgieva BVF-nin önümüzdəki aylarda SDR-lərin daha zəngin ölkələrdən kasıb və daha həssas ölkələrə könüllü köçürülməsi istiqamətində dövlətlərlə aktiv qarşılıqlı əlaqələrini davam etdirəcəyini bildirib.
