
Baza inflyasiya bu ilin martında 5,5% olub - AMB
2026-cı ilin mart ayında Azərbaycanda 12 aylıq inflyasiya 5,6% təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, illik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,5%, ödənişli xidmətlər üzrə 5,7%, qeyri-qida məhsulları üzrə isə 3,7% olub.
T.Kazımov qeyd edib ki, 2026-cı ilin mart ayında illik baza inflyasiya 5,5% təşkil edib.