Bayram günlərində bəzi bank və “Azərpoçt” şöbələri açıq olacaq - AMB

Bayram günlərində bəzi bank və “Azərpoçt” şöbələri açıq olacaq - AMB

BANK
222

27 – 31 may 2026–cı il tarixləri olan qeyri-iş günlərində bankların və “Azərpoçt” MMC-nin bəzi filial və şöbələri, habelə valyuta mübadilə məntəqələri fəaliyyət göstərəcəklər.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı (AMB) məlumat yayıb.

Məlumata görə, bayram günlərində ölkəmizdə səfərdə olan turistlərin və ölkə vətəndaşlarının valyuta mübadiləsi xidmətlərinə davamlı çıxış imkanlarının təmin edilməsi məqsədilə ümumilikdə 14 bankın 195 satış nöqtəsi (o cümlədən, 4 bank üzrə 10 satış nöqtəsi 24 saat rejimində olmaqla), “Azərpoçt” MMC-nin 68 şöbəsi, valyuta mübadiləsinə lisenziya almış 7 valyuta mübadiləsi (o cümlədən, 2 satış nöqtəsi 24 saat rejimində olmaqla) məntəqəsi müştərilərə xidmət göstərəcək.

Bayram günlərində iş qrafiki:

 Banklar
“Azərpoçt” MMC
Valyuta mübadilə məntəqələri

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bayram günlərində bəzi bank və “Azərpoçt” şöbələri açıq olacaq - AMB — Fins.az — Fins.az