Bankların xarici öhdəliklərində artım müşahidə edilir

Bankların xarici öhdəliklərində artım müşahidə edilir

BANK
589

Azərbaycan banklarının xarici öhdəlikləri artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bankının kommersiya banklarının analitik balansına dair statistik rəqəmlərində deyilir.

1 mart 2020-ci il tarixində bankların xarici öhdəliklərinin həcmi 1 milyard 739,9 milyon manat təşkil edib. Bu da öncəki ayla müqayisədə 8,5%, illik müqayisədə isə 4,3% artım olmasıı deməkdir.

Ümumilikdə isə kommersiya banklarımızın xalis xarici aktivləri 4 milyard 597,6 milyon manat təşkil edib ki, bu da öncəki aylaq müqayisədə 11,2%, illik isə 11% azalmalı olub.

Hesabat dövrünə bankların 10 milyard 316,8 milyon manatlıq xarici valyutada depozit, 8 milyard 707,9 milyon manat isə milli valyuta- manatda depozitlər vardır.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bankların xarici öhdəliklərində artım müşahidə edilir — Fins.az — Fins.az