Bankların xalis mənfəəti 39% artıb

Bankların xalis mənfəəti 39% artıb

BANK
934

Azərbaycanın bank sektoru bu ilin yanvar-aprel aylarında 345.2 milyon manat xalis mənfəət əldə edib.

Fins.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünə nisbətən 39.1% çoxdur. 2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın bank sektoru 248.1 milyon manat xalis mənfəət əldə edib.

Bu dövrdə bankların xalis faiz gəlirləri 32.5% artaraq 806.2 milyon manata, əməliyyat mənfəəti isə 31.9% artaraq 389 milyon manata bərabər olub.

Hesabat dövründə banklar 88.9 milyon manat mənfəət vergisi ödəyiblər.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bankların xalis mənfəəti 39% artıb — Fins.az — Fins.az