
Bankların və BOKT-ların verdiyi istehlak kreditləri - MƏBLƏĞ
2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 2,6% - 15 milyard 696,4 milyon manatadək artıb.
Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayımlayıb
Martın əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 milyard 297,8 milyon manat (ilin əvvəlindən artım 1,9% - İF) və ya bütün kreditlərin 8,3%-ni təşkil edir.
Martın 1-nə dövlət payı olan banklar tərəfindən 2 milyard 564 milyon manat (artım 0,1%) və ya bütün kreditlərin 16,3%-i, özəl banklar tərəfindən 12 milyard 735,1 milyon manat (artım 3,2%) və ya bütün kreditlərin 81,1%-i həcmində kredit verilib. Qalan 397,2 milyon manat (dəyişməyib) bank olmayan kredit təşkilatlarının payına düşür.
2020-ci il martın əvvəlinə verilmiş kreditlərin ümumi həcmindən 10 milyard 197,4 milyon manat (artım 2%) milli valyuta, 5 milyard 499 milyon manat (artım 3,8%) xarici valyuta ilə verilib.2020-ci ilin mart ayının əvvəlinə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 35% (2019-cu ilin sonuna 34,6%) təşkil edir.