
Bankların qiymətli kağızlardan əldə etdiyi faiz gəlirləri 2,8% azalıb
Fins.az 2026-cı ilin fevralın 1-nə Azərbaycanda fəaliyyət göstərən bankların qiymətli kağızlar portfelindən əldə etdiyi faiz gəlirləri 45,6 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının statistikasına görə, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3 milyon manat və ya 2,8% azalma deməkdir.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayında bankların qiymətli kağızlar üzrə faiz gəlirləri 46,9 milyon manat təşkil edirdi. Beləliklə, yanvar-fevral dövründə bankların bu seqment üzrə gəlirləri bir qədər azalıb.