Bankların kredit portfelində cüzi azalma qeydə alındı

Bankların kredit portfelində cüzi azalma qeydə alındı

BANK
726

Fins.az - 2026-cı ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən bankların kredit portfeli 29 980,1 milyon manat təşkil edib.

2025-ci ilin dekabr ayında bu göstərici 30 063 milyon manat olub ki, bu da aylıq müqayisədə 0,3% azalma deməkdir.

Kredit portfelinin strukturunda əsas pay biznes kreditlərinin üzərinə düşür.

Kredit portfelinin strukturu

  • Biznes kreditləri – 53,2% (15 948,9 mln. manat)

  • İstehlak kreditləri – 31,4% (9 425,9 mln. manat)

  • İpoteka kreditləri – 15,4% (4 605,3 mln. manat)

Yanvar ayında dekabrla müqayisədə biznes kreditləri təxminən 1% azalıb. Bununla yanaşı, istehlak kreditləri 0,8%, ipoteka kreditləri isə 0,06% artım göstərib.

Beləliklə, kredit portfelində ümumi azalma əsasən biznes seqmentindəki azalma ilə bağlı olub, fiziki şəxslər üzrə kreditləşmədə isə nisbətən sabit dinamika müşahidə edilib.

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Bankların kredit portfelində cüzi azalma qeydə alındı — Fins.az — Fins.az