Bankların gəlirləri artıb, xərcləri açıqlanıb MƏBLƏĞ

Bankların gəlirləri artıb, xərcləri açıqlanıb MƏBLƏĞ

BANK
746

 2020-ci ilin yanvar-fevral ayları ərzində bank sektorunun cəmi əməliyyat gəlirləri 443,9 milyon manat, cəmi əməliyyat xərcləri 297,7 milyon manat təşkil edib.

Fins.az xəbər verir ki, bu barədə Mərkəzi Bank məlumat yayımlayıb 

İlk 2 ayda gəlirlər xərcləri üstələdiyindən 146,2 milyon manat əməliyyat mənfəəti yaranıb. Əməliyyat mənfəətindən 30,4 milyon manat aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılıb və 17.9 milyon manat mənfəət vergisi ödənilib. Yekunda bank sektoru ilk 2 ayı 97,9 milyon manat xalis mənfəət ilə başa vurub.

Müqayisə üçün qeyd edək ki, 2019-cu ilin ilk 2 ayında bank sektorunun əməliyyat gəlirləri 418,5 milyon manat, cəmi əməliyyat xərcləri 304,8 milyon manat, əməliyyat mənfəəti 113,7 milyon manat təşkil etmişdi. Həmin dövrdə əməliyyat mənfəətinin 55,4 milyon manatı aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayrılmış və 2.1 milyon manat digər gəlirlər nəzərə alınmaqla 11,2 milyon manat mənfəət vergisi ödənilmişdi. Nəticədə, bank sektoru ötən ilin ilk 2 ayını 49.2 milyon manat xalis mənfəət ilə bağlamışdı.

 

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...