Banklarda ixtisarlar rekord həddə ARTIB

Banklarda ixtisarlar rekord həddə ARTIB

BANK
982

İlin əvvəlindən bəri qlobal bank sektorundakı işdən çıxarmalar yekunlaşır. İxtisarların 80-%i Avropa banklarından gəldi.
Fins.az xəbər verir ki,üçüncü rübdə gözləniləndən daha aşağı kredit itkilərinə və kapital adekvatlıq nisbətlərinin gücləndirilməsinə baxmayaraq, Avropa banklarından ixtisar xəbərləri davam edir.

Son məlumatlara görə, Banco Santander Polşa bölməsində 2000 işçisini ixtisar etməyi planlaşdırır. Avropanın digər bir aparıcı bankı olan Holland ING, işçilərinin sayının 2021-ci ilin sonuna qədər min nəfər azalacağını proqnozlaşdırır. İngilis Barclays bankı isə əksəriyyəti texnologiya və pərakəndə bank bölmələrindən olan işçiləri   1070 vəzifəni ixtisar etməyi hədəfləyir.

Məlumatlara görə, Avropa banklarının elan etdiyi son planları nəzərə alaraq, 2020-ci ildə qlobal bank sektorunda ixtisar 75.368 idi. Keçən il bu rəqəm təxminən 80 min idi. Məlumatlara görə, qlobal səviyyədə bank sektorundakı ixtisarların yüzdə 80-i Avropa banklarından gəlib.

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
Banklarda ixtisarlar rekord həddə ARTIB — Fins.az — Fins.az