"Banklar investisiya şirkətləri olmadan qiymətli kağızlar bazarına çıxa biləcəklər"

"Banklar investisiya şirkətləri olmadan qiymətli kağızlar bazarına çıxa biləcəklər"

BANK
634

"Azərbaycan bankları investisiya şirkətlərinin vasitəçiliyi olmadan qiymətli kağızlar bazarına çıxa biləcəklər".

Fins.az xəbər verir  ki, bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri sədri Elman Rüstəmov deyib

O bildirib ki, hazırda banklar qiymətli kağızlar bazarına investisiya şirkətləri vasitəsilə çıxa bilirlər. Həmçinin, banklar bunun üçün öz investisiya şirkətini yaradırlar. Bankların investisiya şirkətlərinin vasitəçiliyilə qiymətli kağızlar bazarına çıxmaları bürokratiyaya və əlavə xərclərə səbəb olub.

Elman Rüstəmov fikirlərinin davamında "Biz qanunvericilik təşəbbüsü ilə çıxış edəcəyik ki, banklar özləri birbaşa qiymətli kağızlar bazarına çıxa və iştirak edə bilsinlər"-deyə qeyd edib 

Müəllif: Aynur Qəniyeva

OXŞAR XƏBƏRLƏR

Yüklənir...
Xəbər lenti
Yüklənir...
"Banklar investisiya şirkətləri olmadan qiymətli kağızlar bazarına çıxa biləcəklər" — Fins.az — Fins.az