
Banklar biznes kredit portfelini 3,7% artırıb, istehlak kreditləşməni 1,9% azaldıb
2020-ci ilin birinci rübündə Azərbaycanda banklar biznes kredit üzrə portfeli artırıb, istehlak kreditləri üzrə portfeli azaldıb.
Mərkəzi Bankın məlumatına görə, 2020-ci il martın 31-nə bankların kredit portfeli 15 milyard 232,7 milyon manat həcmində qiymətləndirilir (2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,2%).
Həmçinin,cari ilin yanvar-mart aylarında banklar biznes kreditlər üzrə portefli 3,7% - 9 milyard 365,7 milyon manatadək və ya bankların bütün krdeit portfelinin 61,5%-i artırıb.
Birinci rübdə banklar istehlak kreditləşməsi üzrə portfeli 1,9% - 3 milyard 977,5 milyon manatadək azaldıb, xüsusi çəkisi – 26,2% təşkil edib.
2020-ci ilin birinci rübündə Azərbaycanda banklar ipoteka kreditləri üzrə portfeli 4,2% - 1 milyard 869,5 milyon manatadək və ya bankların bütün kredit portfelinin 12,3%-dək artırıb.